Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edildi

© TRENDMilli Təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev
Milli Təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 14 dek-Sputnik. Mədət Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Mədət Quliyev daha əvvəl Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 1-ci müavini təyin edilmişdi. O, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən azad edildikdən sonra, milli təhlükəsizlik nazirinin vəzifələrini icra edirdi.

Xəbər lenti
0