BAKI, 1 dekabr — Sputnik. Mavritaniya futbol liqasında olduqca qəribə hadisə baş verib. Ölkə çempionu Zeina ilə Akser klubları arasında keçirilən oyunu izləmək üçün stadiona gələn prezident Abdel Əziz, matçın 65-ci dəqiqəsində oyunu dayandırıb. O, canının sıxıldığını və buna görə futbolçulardan penaltilərə keçməsini istəyib.
Tərəfdarlardan üzr istəyən prezident, vacib işi olduğunu səbəb göstərib.
Penalti atışlarında Zeina futbol klubu rəqibini məğlub edərək yenidən ölkə çempionu olub.