BAKI, 26 noy-Sputnik. Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti turun oyunları keçirilib. Azərbaycan təmsilçisi "Qarabağ" qrupda 5-ci matçına çıxıb.
Ağdamlıların rəqibi İngiltərə nəhəngi "Tottenhem" olub. Evdə son görüşünü keçirən çempionumuz ilk turda 1:3 hesabı ilə məğlub olduğu rəqibinə bu dəfə də 0:1 hesabı ilə məğlub olub. Oyunda yeganə qolu 78-ci dəqiqədə "Tottenhem"in oyunçusu Harri Keyn vurub. "Tottenhem" bu qələbə ilə qrupdan çıxmağı təmin edib.
Qurban Qurbanovun yetirmələri bu oyunda xal itirərək növbəti mərhələyə çıxmaq şansını risk altına alıb. "Qarabağ" qrupdan çıxmaq üçün son turda mütləq "Anderlext"ə qalib gəlməli, "Monako" isə səfərdə "Tottenhem"ə uduzmalıdır.