BAKI, 17 noy – Sputnik. İspaniya və Belçika Futbol Federasiyaları bu gün axşam iki ölkə arasında keçiriləcək futbol oyununu ləğv edib.
Təhlükəsizlik tədbirlərinin üç qat artırıldığı Belçikada, ötən gün keçirilən milli komandaların mətbuat konfransı da İŞİD təhlükəsi səbəbilə yarım saat gec başlamışdı.
Bundan başqa, hazırda Brüsseldə olan İspaniyalı futbolculara otellərindən çıxmamaq tövsiyyə olunub.