BAKI, 13 noy – Sputnik. “Avro-2016” futbol turnirinin rəsmi topu — “Beau Jeu” nun təqdimat mərasimi keçirilib.
“Adidas” firmasının sponsorluğu ilə keçirilən tədbirdə mətbuata təqdim olunan top böyük maraqla qarşılanıb.
Çempionatın rəsmi loqosuna bənzər və Fransa bayrağı rənglərindən istifadə olunan topun üzərində 2,0,1 və 6 rəqəmləri ilə yanaşı “Gözəl Oyun” mənası daşıyan ”Beau Jeu” yazısı var.
“Adidas” məhsulu olan “Beau Jeu” dekabrın 12-dən dünyanın bütün idman mağazalarında 140 avroya satılacaq.