BAKI, 12 noy – Sputnik. Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə Yunanıstan hökumətinin başçısı Aleksis Tsipras, noyabrın 17-də İstanbulda keçiriləcək Türkiyə-Yunanıstan futbol qarşılaşmasını birlikdə izləyəcəklər.
Türkiyəyə səfəri planlaşdırılan yunan nazirin türk həmkarı ilə birlikdə oyun izləyəcək olması maraqla gözlənilir.
Aleksis Tsipras, noyabrın 18-də paytaxt Ankarada bir sıra rəsmi görüşlər də keçirəcək.
Görüş zamanı ikitərəfli əlaqələr, beynəlxalq və regional məsələlərin müzakirə olunacağı gözlənilir.