BAKI, 12 noy — Sputnik. Bu gün sizə milli mətbəximizin vazkeçilməz təamlarından olan dovğanın hazırlanma üsullarından birini təqdim edəcəyik.
Dovğa hazırlamaq üçün qatıq su ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirilir.
Ərzaq: qatıq — 3 l, yumurta — 1 əd., un — 1 xörək qaşığı, düyü — yarım stəkan, göyərti (keşniş, şüyüd, ispanaq)