Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA “Kəpəz”i cəzalandırıb

© oxu.azaffa
affa - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

BAKI, 10 noy — Sputnik. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XII turunun oyunlarında yaşanan hadisələr müzakirə olunub.

Qırmızı vərəqənin qeydə alınmadığı turda yalnız bir klub cəzalanıb. AZAL-la görüşdə 4 oyunçusu sarı vərəqə alan “Kəpəz” 1000 manat cərimə olunub.

“İnter”lə matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ”ni də eyni cərimə gözləsə də, bu baş verməyib. Belə ki, oyun dünən keçirildiyindən komitə bu matçla bağlı qərarı növbəti yığıncağında verməyi məqsədəuyğun sayıb.

Xəbər lenti
0