Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA-nın qrup mərhələsi üzrə oyunları Bakıda keçiriləcək

© vesuviolive.itUEFA
UEFA - Sputnik Azərbaycan
Abunə olmaq
Seçim turunda Azərbaycan, Türkiyə, Ukrayna və Bosniya-Herseqovaniyanın gənclərdən ibarət milli yığmaları yarışacaqlar.

BAKI, 6 noy-Sputnik. Türkiyə və Azərbaycanın gənclərdən ibarət milli yığmasının UEFA-nın gənclərdən ibarət Avropa çempionatı üzrə yığma futbol komandalarının qrup mərhələ oyunları Bakıda keçiriləcək.

Türkiyənin Azərbaycandakı səfirliyindən Sputnik-ə verilən məlumata görə, U-19 gənclərdən ibarət Türkiyənin furbol üzrə milli yığmasının oyunları Bakıda keçiriləcək.

Belə ki, UEFA U-19 Avropa çempionatının birinci seçim turu oyunları noyabrın 10-dan 15-dək Azərbaycanda keçiriləcək.

Seçim turunda Azərbaycan, Türkiyə, Ukrayna və Bosniya-Herseqovaniyanın gənclərdən ibarət milli yığmaları yarışacaqlar.

İlk oyun noybarın 10-da saat 14.00-da Bayıl stadionunda baş tutacaq və Türkiyə-Bosniya-Herseqovina qarşı-qarşıya gələcək.

Azərbaycan-Türkiyə komandası noyabrın 12-də saat 18.00-da Bayıl stadionunda, noyabrın 15-də saat 18.00-da isə Türkiyə-Ukrayna yığması Dalğa stadionunda qarşılaşacaqlar.

Xəbər lenti
0