Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Erməni futbolçu Bakını arzulayıb

© espnfc.comHenrik Mxitaryan - erməni əsilli futbolçu
Henrik Mxitaryan - erməni əsilli futbolçu - Sputnik Azərbaycan
Abunə olmaq
"Borussiya"nın erməni futbolçusu Henrik Mxitaryan: Qəbələyə qol vurmaq mənim üçün əhəmiyyət kəsb etmirdi

BAKI, 6 noy — Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Qəbələ" ilə qarşılaşmadan sonra "Borussiya"nın futbolçusu Henrik Mxitaryan Almaniyaya ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Sputnik sport7.az-a istinadən həmin müsahibəni təqdim edir.

- "Qəbələ" üzərində 4:0 hesablı qələbə qazandınız. Qarşılaşma haqda nə deyə bilərsiz?

— Qola qədər bir qədər çətinlik çəkdik. Amma hesabı açdıqdan sonra daha rahat oynamağa başladıq. Ardınca ikinci qolu da vurduq. Fasilədən sonra da üstün oynadıq. Layiqli qələbə qazandığımızı düşünürəm.

- "Qəbələ" haqda fikirləriniz necədir?

— "Qəbələ" pis komanda deyil. Yaxşı mübarizə apardılar. Rəqibin baş məşqçisini də yaxşı tanıyıram. Eləcə də futbolçuları. Aleksey Qayla bir komandada oynamışam. "Qəbələ"yə qarşıdakı oyunlarda uğurlar arzulayıram.
- Bakıda keçirilən ilk oyunda iştirak etməməyiniz nə ilə əlaqədardı?

— Mən Bakıya gəlmək istəyirdim. Amma təhlükəsizliklə bağlı suallar var idi. Buna görə də, yekun qərar oldu ki, Bakıya getməyim.

- Sizə qədər bir çox erməni idmançı Bakıya gəlsə də, heç bir problemlə üzləşməyiblər…

— Amma digərləri futbolla bağlı gəlməyiblər. Güləş və şahmat futboldan fərqlidi.

- Bakıda nəsə olacağından ehtiyatlanırdız?

— Bu, insanların məni necə qəbul etməsindən asılıdır. Ona görə də dəqiq heç nə deyə bilmərəm.

- Bu gün tribunada Ermənistan bayraqları da var idi. Bu, rəqibin Azərbaycan klubu olmasından irəli gəlirdi?

— Yox, bu hal Bundesliqada da olur. Ermənilər həmişə "Borussiya"nın oyununa gəlirlər. Lakin xüsusi olaraq bugünki oyun üçün də gələnlər var idi.

- Azərbaycan klubuna qol vurmaq Henrik Mxitaryan üçün vacib idi?

— Oyundan əvvəl də demişdim ki, bu, mənim üçün xüsusi oyun deyildi. "Qəbələ"yə qol vurmaq mənim üçün xüsusi əhəmiyyət kəsb etmirdi. Təbii ki, qol vurmaq hər zaman xoşdur.

Xəbər lenti
0