BAKI, 3 noy – Sputnik. Dünyanın bir çox ölkələri tərəfindən tanınan Kosova, Beynəlxalq Milli Olimpiya Komitələri Assosiasiyasının üzvü qəbul edilib.
Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələri tərəfindən tanınan Kosova, Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda keçirilən baş assambleyada Milli Olimpiya Komitələri Assosiasiyasının üzvü olaraq da qəbul edilib.
Bununla da Kosovanın 2017-ci ilin yayında İspaniyada keçiriləcək 18-ci Aralıq Dənizi Oyunlarında iştirak edəcəyi dəqiqləşib.