BAKI, 27 okt – Sputnik. Beynəlxalq Olimpiya Komitəsi dünən verdiyi sərt qərarla diqqət çəkib.
Komitə Küveyt Milli Olimpiya Komitəsini bütün növ idman yarışlardan diskvalifikasiya edib.
Beynəlxalq Olimpiya Komitəsi verdiyi qərarı Küveyt hökumətinin idmana müdaxiləsi ilə əlaqələndirib.
Küveyt Milli Olimpiya Komitəsinin prezidenti şeyx Əhməd Əl-Fahad qərarın onu məyus etdiyini və idmançılara mənfi təsir göstərdiyini qeyd edib.
Əgər qərarda dəyişiklik edilməsə, Küveyt idmançıları 2016-cı il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan məhrum olacaqlar.
Bir müddət öncə Beynəlxalq Futbol Federasiyaları Assosasiyası FİFA da Küveyt Futbol Assosiasiyasını diskvalifikasiya etmişdi.