BAKI, 19 okt – Sputnik. Almaniyanın "Borussiya" Dortmund futbol klubu Avroliqanın qrup mərhələsində "Qəbələ" ilə Bakıda keçiriləcək oyuna erməni futbolçusu Henrix Mxitaryanı gətirməyəcək.
Bu barədə komandanın baş məşqçisi Hans Vatske açıqlama verib.
“Biz bu qərarı futbolçunun təhlükəsizliyi üçün aldıq. Ona görə də Mxitaryan "Qəbələ" ilə oyunda oynamayacaq”, deyə Vatske bildirib.
Klubun meneceri Mixael Tsork futbolçuya viza verilməsində də problem yaşandığını deyib. Tsork bunu, həmin oyunçunun bir neçə dəfə münaqişəli Dağlıq Qarabağ bölgəsinə getməsi ilə əlaqələndirib.
"Qəbələ" — "Borussiya" oyunu oktyabr ayının 22-də saat 20:00-da Bakcell Arenada başlayacaq.