Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Futbol üzrə Azərbaycan və İtaliya yığma komandalarının oyunu

Abunə olmaq
Bakıda Olimpiya Stadionunda futbol üzrə “Avro-2016”-nın seçmə mərhələsində Azərbaycan və İtaliya komandaları qarşılaşıb.

10 oktyabr tarixində Bakıda Olimpiya Stadionunda Azərbaycan və İtaliya yığma komandalarının oyunu keçirilib. 

Oyunun 11-ci dəqiqəsində hesabı Eder açıb. 31-ci dəqiqədə Dmitri Nazarov, Əfran İsmayılovun italiyalı müdafiəçi ilə mübarizəsi nəticəsində ona tərəf yönəlmiş topu qapıya vuraraq hesabdakı tarazlığı bərpa edib.  

Təəssüf ki, 43-cü dəqiqədə Stefan Əl-Şaaravi yenidən komandasını hesabda irəli çıxarıb. 

İkinci hissədə Matteo Darmian 65-ci dəqiqədə hesabı dəyişib — 3:1. 

88-ci dəqiqədə Bədavi Hüseynov qırmızı vərəqə meydanşadan çıxarılıb. 

Beləliklə, İtaliya yığması 3:1 hesabı ilə qalib gələrək “Avro-2016”-nın finalında özünə yeri təmin edib. 

Azərbaycan yığması isə 6 xalla 5-ci yeri tutub.

Xəbər lenti
0