BAKI, 11 okt — Sputnik. FİFA etika komitəsinin qərarı ilə 90 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılan qurumun eks-prezidenti Yozef Blatter mübarizəsiz təslim olmayacağını bildirib.
Sputnik-in verdiyi xəbərə görə, bu barədə Schweiz am Sonntag nəşri məlumat yayıb.
“Mən döyüşçüyəm. Onlar məni məhv edə bilərlər, lakin bütün həyatımın işini məhv edə bilməyəcəklər”, deyə o bildirib.
Qeyd edək ki, Blatter FİFA rəhbəri vəzifəsindən kənarlaşdırıldığına görə apelyasiya şikayəti verib.