BAKI, 10 okt — Sputnik. Oktyabrın 20-də FİFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.
Sputnik-in məlumatına görə, bu barədə qurumun rəsmi saytında bildirilir.
Oktyabrın 8-də FİFA-nın etika üzrə Komitəsi qurumun prezidenti Yozef Blatter və UEFA-nın rəhbəri Mişel Platinini 90 gün müddətində vəzifələrindən kənarlaşdırıb.
Qeyd olunur ki, adıçəkilən müddət 45 günədək uzadıla bilər.
FİFA prezidenti postuna seçkilər 2016-cı il, fevralın 26-da keçiriləcəyi planlaşdırılır.