Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ulduz futbolçu: Atam da çağırsa geri qayıtmayacağam

© guim.co.ukSamir Nəsri
Samir Nəsri - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Nəsri: 2014-cü il Dünya kubokuna məni dəvət etməmələrini hələ də anlaya bilmirəm. Bundan sonra atam da çağırsa milli komandaya geri qayıtmayacağam.

BAKI, 6 okt – Sputnik. İngiltərənin Manchester City futbol klubunun ulduz oyunçusu Samir Nəsri, Fransa telekanalına müsahibəsində milli komanda əleyhinə olduqca sərt ifadələr işlədib.

“2014-cü il Dünya kubokuna məni dəvət etməmələrini hələ də anlaya bilmirəm. Bundan sonra atam da çağırsa milli komandaya geri qayıtmayacağam”, deyə Nəsri bildirib.

Fransa millisinin formasını sonuncu dəfə 2013-cü ildə geyinən ulduz oyunçu istər milli istərsə də klub nəzdində olduqca uğurlu nəticələrə imza atmışdı.

Samir Nəsri kanala müsahibəsində “Yaxşı oynamağıma və ciddi uğurlar əldə etməyimə baxmayaraq, 2014-cü il Dünya Kuboku heyətinə çağırılmadım. Bunun səbəbini məndən yox, baş məşqçi Didier Deschamp-dan soruşmağınızı məsləhət görərdim” deyib.

Xəbər lenti
0