BAKI, 2 okt — Sputnik. Bakıda özünü damdan ataraq intihar etmək istəyən gənc xilas edilib.
Sputnik-in daha əvvəl xəbər verdiyi kimi, Bakının Ceyhun Hacıbəyli küçəsi 32 nömrəli evin damından bir nəfərin özünü yerə atmaq istəyirdi.
30-35 yaşlarında olan gəncin adının Tamerlan olduğu, özünün isə Şəmkirdən olduğu bildirilirdi.
Hadisə yerində olan insanların Tamerlanı dilə tutması nəticəsində o özünü damdan atmaqdan vaz keçib.
Şahidlərin bildirdiyinə Tamerlan bu addımı işsizlik və pulsuzluq, yəni maddi sıxıntılar ucbatından atmaq istəyirmiş.