BAKI, 2 okt — Sputnik. Bu dəqiqələrdə Bakının Ceyhun Hacıbəyli küçəsi 32 nömrəli evin damından bir nəfərin özünü yerə atmaq istəməsi barədə redaksiyamıza məlumat daxil olub.
Hadisə şahidlərinin bildirdiyinə görə, təxminən 30-35 yaşlarında olan kişinin danışığından ruhi vəziyyətinin yerində olmaması sezilir.
Gəncin adının Tamerlan olduğu, özünün isə Şəmkirdən olduğu bildirilir.
Artıq müvafiq qurumların nüməyəndələri, o cümlədən polis və xilasedicilər hadisə yerindədirlər.