Əqanıstanda ABŞ təyyarəsinin vurulmasını “Taliban” öz üzərinə götürüb

© ohranka.comТалибы
Талибы - Sputnik Azərbaycan
Abunə olmaq
Əfqanıstanda ABŞ-a məxsus hərbi-nəqliyyat təyyarəsinin vurulmasını “Taliban” hərəkatı üzərinə götürüb.

BAKI, 2 okt — Sputnik. Əfqanıstanda ABŞ-a məxsus hərbi-nəqliyyat təyyarəsinin vurulmasını “Taliban” hərəkatı üzərinə götürüb.

Sputnik-in “RIA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hərəkat üzvləri sosial şəbəkələrdə məlumat yerləşdiriblər.

Qeyd edək ki, Əfqanıstanın şərqində ABŞ-a məxsus “С-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarəsinin yerə düşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Təyyarənin göyərtəsində 6 hərbçi — heyət üzvü və 5 mülki əməkdaş olmaqla 11 nəfər olub. 

ABŞ-a məxsus C-130 Herkules təyyarəsi - Sputnik Azərbaycan
HADİSƏ
Əfqanıstanda ABŞ təyyarəsi qəzaya uğrayıb: 14 nəfər ölüb

Sərnişinlərin vətəndaşlığı açıqlanmır. Təyyarənin yerə çırpılmasından sonra baş vermiş partlayış nəticəsində hadisə yerində olan 3 Əfqanıstan vətəndaşı da ölüb.

Xəbər lenti
0