BAKI, 2 okt — Sputnik. Əfqanıstanın şərqində ABŞ-a məxsus “С-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə “ABC” telekanalına ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
Son məlumata görə, təyyarənin göyərtəsində 6 hərbçi — heyət üzvü və 5 mülki əməkdaş olmaqla 11 nəfər olub.
Sərnişinlərin vətəndaşlığı açıqlanmır. Həmçinin, təyyarə qəzaya uğrayan an baş vermiş partlayış nəticəsində hadisə yerində olan üç Əfqanıstan vətəndaşının da ölüb.
Qəzanın səbəbləri hələlik məlum deyil.
İlkin məlumata görə, təyyarə vurulmayıb.