Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qəbələ" məğlub oldu

© facebookQəbələ FK
Qəbələ FK - Sputnik Azərbaycan
Abunə olmaq
Avrokuboklardakı təmsilçilərimizdən "Qəbələ" dünən gecə Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti sınağına çıxıb.

BAKI, 2 okt — Sputnik. Avrokuboklardakı təmsilçilərimizdən "Qəbələ" dünən gecə Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti sınağına çıxıb. 

Qəbələlilər Rusiyada "Krasnodar"ın qonağı olublar.

Oyun meydan sahiblərinin erkən qolu ilə başlayıb. 8-ci dəqiqaədə Vanderson hesabı açıb.

"Qəbələ" cavab qolunu yalnız 51-ci dəqiqədə vura bilib. Qonaqların heyətində Dodo fərqlənib. 

Bərabərliklə razılaşmayan rusiyalı futbolçular hücumlarını davam etdiriblər. 84-cü dəqiqədə Smolov "Krasnodar"ın qələbə topunu vurub — 2:1.

Beləliklə, "Qəbələ" Avropa Liqasının qrup oyunlarında ilk məğlubiyyıtinə uğrayıb.

Azərbaycan təmsilçisi bu qrupda keçirdiyi ilk oyunda PAOK-la heç-heçə etmişdi — 0:0. 

Xəbər lenti
0