BAKI, 1 okt — Sputnik. Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.
Sputnik-in məlumatına görə, turnirdə çıxış edən təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” növbəti oyunlarına çıxacaqlar.
İlk turda İngiltərədə “Tottenhem”ə məğlub olan ağdamlılar bu dəfə öz meydanında Belçikanın ən titullu komandası “Anderlext”i qəbul edəcək.
Digər təmsilçimiz “Qəbələ” Rusiyada “Krasnodar”ın qonağı olacaq. İlk turda öz meydanında PAOK-la qarşılaşan və qolsuz bərabərliyə razılaşan klubumuz uğurlu seriyasını Krasnodarda da davam etdirməyə çalışacaq.