CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Lombardlar haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

© Sputnik / Irade JELILQızıl-zinət əşyaları, arxiv şəkli
Qızıl-zinət əşyaları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
Lombardların qeydiyyat sisteminin yaradılması da nəzərdə tutulur. Bu da rəsmi fəaliyyətdə olanlar barədə məlumat toplamağa imkan yaradacaq.
BAKI, 24 yanvar — Sputnik. Milli Məclisdə "Lombardlar haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin 2022-ci il yaz sessiyası üçün iş planına daxil edilib.
Bununla yanaşı, qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələri, mövcud qanunlarda dəyişikliklərin edilməsi barədə sənədlərin müzakirəsi iş planına daxil edilib. Sessiya ərzində sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələrilə bir sıra görüşlərin, ictimai dinləmələrin keçirilməsi də planlaşdırılıb.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ötən ay jurnalistlərə açıqlamasında deyib ki, "Lombardlar haqqında" qanun layihəsi istənilən halda 2022-ci ildə qəbul olunacaq.
Onun sözlərinə görə, qanun layihəsində insanların üzləşdikləri bir sıra xoşagəlməz məqamların aradan qaldırılması nəzərdə tutulur.

"Bildiyiniz kimi, lombardda insanların ən çox şikayət etdiyi məsələlərdən biri girovların saxlanması və sonra qaytarılması zamanı insanları müəyyən dərəcədə incidilməsi və şikayətlərlə bağlıdır. Qanunun əsas tənzimləyici məsələsindən biri budur ki, girov qoyulan qiymətli əşyaların təhlükəsiz formada saxlanılması və daha sonra onların geri alınması ilə bağlı insanların bürokratik əngəllərlə rastlaşmamasıdır", - deyə T.Mirkişili qeyd edib.

O həmçinin əlavə edib ki, bununla yanaşı, lombardların qeydiyyat sisteminin yaradılması da nəzərdə tutulur, bu da rəsmi fəaliyyətdə olanlar barədə məlumat toplamağa imkan yaradacaq.
"Bu, elə bir sahədir ki, burada ciddi tənzimləmənin əleyhinəyik. Çünki lombardlar kifayət qədər iqtisadi və eyni zamanda, maliyyə təhlükəsizliyinə o qədər də ciddi təsir etməyən bir sahədir. Bizim əsas məqsədimiz burada sadəcə vətəndaşları qorumaqdır", - deyə T.Mirkişili qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycanda lombardlar haqqında yeni qanun layihəsi hazırlanıb
Qalmaqallı lombard sahibi Azərbaycana təhvil verildi
Pandemiya zamanı pul qazanmaq istəyənlər üçün təlimatlar
Xəbər lenti
0