CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya zamanı pul qazanmaq istəyənlər üçün təlimatlar

© Sputnik / Murad OrujovBakıda ticarət mərkəzinin ərazisində.
Bakıda ticarət mərkəzinin ərazisində. - Sputnik Azərbaycan, 1920, 16.06.2021
Abunə olmaq
"Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər" Azərbaycanın səhiyyə nazirinin müavini, respublikanın baş dövlət sanitariya həkiminin qərarı ilə təsdiq edilib.

 

BAKI, 16 iyun — Sputnik. "Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər" Azərbaycanın səhiyyə nazirinin müavini, respublikanın baş dövlət sanitariya həkiminin 2021-ci il 07 iyun tarixli qərarı ilə təsdiq edilib. Sputnik Azərbaycan göstərişləri təqdim edir.

Xidmət sahəsi müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli olan tədbirlər 

Sənəddə qeyd olunub ki, çalışan işçi heyətin azı 80%-nin "peyvənd sertifikatı"na və ya "immunitet sertifikatı"na malik olması tövsiyə edilir. Sənədə əsasən, müəssisələrdə hazırkı metodiki göstərişlərə əməl edilməsinə nəzarət üçün cavabdeh əməkdaş təyin edilməlidir.

Eyni zamanda birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməsi, əməkdaşların yetərli sayda tibbi maska və əlcəklərlə (zəruri sahələrdə) təmin olunması, xidmət sahəsi müəssisələrində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, həmçinin dezinfeksiya məhlulundan düzgün istifadə etmələrinin təmin edilməsi, istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi də sənəddə əksini tapıb.

Bərbərxana və gözəllik salonlarında onlayn növbə sistemi tətbiq olunur

Sənədə görə, bərbərxana və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir. Bərbər və gözəllik salonlarında iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır.

Bundan başqa, bu xidmət sahələrində bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir. Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır. Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi də məcburidir.

Pandemiya dövründə repetitor xidmətləri onlayn tədrisə üstünlük verməlidir

"Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər"də qeyd olunub ki, fərdi tədris və repetitor xidmətlərində onlayn tədris prosesinə üstünlük verilməli, fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir.

Eyni zamanda tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir. Bir metrdən az olmamaq şərti ilə tədris vaxtı sosial məsafənin qorunması zəruridir.. Dərs vəsaitləri ortaq istifadə edilməməli, hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.

Pandemiya dövründə kitabxana və oxu zallarından istifadə olunmamalıdır

Sənəddə pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı ilə məşğul olan xidmət sahələri üçün tələblər müəyyənləşib. Qeyd olunub ki, kitab, qəzet və dəftərxana mallarının satışı ilə məşğul olan xidmət sahələrində onlayn satışlara üstünlük verilməlidir.

Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir. Bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədi ilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır.

Ticarət və xidmət sahələrində geyim dəyişmə otaqlarından istifadə qadağan edilib

Sənədə əsasən, ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağandır.

Kosmetika və ətriyyat satışı zamanı isə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağan edilib.

Sənədə əsasən, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti zamanı isə müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Eləcə də oxuyun:

  • Bu məkanda cərimələnə bilərsiz - DİN-dən açıqlama

  • Azərbaycanda gəlmə turizmə "yaşıl işıq" - Siyahı artırıla bilər

  • Azərbaycanda açıq havada toyların keçirilməsi məsələsi müzakirə olunur

Xəbər lenti
0