https://sputnik.az/20210918/deleduz-ittiham-tehvil-427954369.html
Qalmaqallı lombard sahibi Azərbaycana təhvil verildi
Qalmaqallı lombard sahibi Azərbaycana təhvil verildi
Sputnik Azərbaycan
MTN generalı Akif Çovdarovun məhkəməsində özünü zərərçəkmiş kimi təqdim edən M.Mahmudov qalmaqallı lombard sahibi kimi tanınıb. 18.09.2021, Sputnik Azərbaycan
2021-09-18T11:02+0400
2021-09-18T11:02+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
hadisə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40746/07/407460769_2:0:997:563_1920x0_80_0_0_8239ed4419d9c91c7f6eda59de17386a.jpg
BAKI, 18 sentyabr — Sputnik. 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilən Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir. Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. Qeyd edək ki, MTN generalı Akif Çovdarovun məhkəməsində özünü zərərçəkmiş kimi təqdim edən M.Mahmudov qalmaqallı lombard sahibi kimi tanınıb. Bir müddət əvvəl onun qızılları ölkədən götürüb qaçması, zərərçəkənlərin polisə şikayət etməsi ilə bağlı yerli mətbuatda xəbərlər də dərc olunmuşdu. O, daha əvvəl fırıldaqçılığa görə həbsdə də olub. Üstəlik, onun 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında üç dəfə müalicəyə qəbul edildiyi, iki dəfə oradan qaçdığı bildirilir.Bir müddət öncə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Respublikasının Baş Prokurorluğuna verdiyi sorğular təmin edilib və nəticədə oğurluqda təqsirləndirilən Elxan Hüseynli və Avcı Əmrah Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilibr.Eləcə də oxuyun:Vətəndaşlara külli miqdarda ziyan vuran şəxs Rusiyadan ekstradisiya olunubOn bir il sonra vətənə qayıdan bloger bu fürsətə görə İlham Əliyevə təşəkkür etdiQarabağa qanunsuz silah ötürən erməni biznesmenlər beynəlxalq axtarışa verildi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40746/07/407460769_52:0:947:563_1920x0_80_0_0_1865c1e19b437163a089d9a3eb4dd766.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Qalmaqallı lombard sahibi Azərbaycana təhvil verildi
11:02 18.09.2021 (Yenilənib: 00:04 17.11.2021) MTN generalı Akif Çovdarovun məhkəməsində özünü zərərçəkmiş kimi təqdim edən M.Mahmudov qalmaqallı lombard sahibi kimi tanınıb.
BAKI, 18 sentyabr — Sputnik. 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilən
Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir.
Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
Qeyd edək ki, MTN generalı Akif Çovdarovun məhkəməsində özünü zərərçəkmiş kimi təqdim edən M.Mahmudov qalmaqallı lombard sahibi kimi tanınıb. Bir müddət əvvəl onun qızılları ölkədən götürüb qaçması, zərərçəkənlərin polisə şikayət etməsi ilə bağlı yerli mətbuatda xəbərlər də dərc olunmuşdu. O, daha əvvəl fırıldaqçılığa görə həbsdə də olub. Üstəlik, onun 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında üç dəfə müalicəyə qəbul edildiyi, iki dəfə oradan qaçdığı bildirilir.
Bir müddət öncə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Respublikasının Baş Prokurorluğuna verdiyi sorğular təmin edilib və nəticədə oğurluqda təqsirləndirilən Elxan Hüseynli və Avcı Əmrah Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilibr.