Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda lombardlar haqqında yeni qanun layihəsi hazırlanıb

© Sputnik / Irade JELILZərgərlik məmulatları, arxiv şəkli
Zərgərlik məmulatları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.11.2021
Abunə olmaq
Zakir Nuriyev bildirib ki, burada təkcə nağdsız hesablaşmalardan söhbət getmir, bu hesablaşmaları aparan təşkilatların fəaliyyətinin qanuni əsaslarının yaradılması nəzərdə tutulur
BAKI, 29 noyabr — Sputnik. "Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanunun yaxın vaxtlarda qəbul edilməsi gözlənilir. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.
"Burada təkcə nağdsız hesablaşmalardan söhbət getmir, bu hesablaşmaları aparan təşkilatların fəaliyyətinin qanuni əsaslarının yaradılması nəzərdə tutulur", - deyə o qeyd edib.
Bundan başqa, Z.Nuriyevin sözlərinə görə, Azərbaycanda lombardlar haqqında yeni qanun layihəsi hazırlanıb. Sənəd müvafiq dövlət orqanlarına təqdim edilib.
Xəbər lenti
0