Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Xanım MMA döyüşçüsünü dövlət rəsmisi qəbul etdi

© Photo : AZƏRTACFərid Qayıbov Gözəl Zutova və məşqçisi Yusif Əliyevlə görüşüb
Fərid Qayıbov Gözəl Zutova və məşqçisi Yusif Əliyevlə görüşüb - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Abunə olmaq
Qarışıq döyüş növləri (MMA) idmançısı Gözəl Zutova İstanbulda keçirilən Yusif Fight Championship (YFC) turnirində Ermənistan təmsilçisi Nara Marqarosyana qalib gəlib.
BAKI, 23 dekabr — Sputnik. Dekabrın 23-də gənclər və idman naziri Fərid Qayıbov bu yaxınlarda Türkiyənin İstanbul şəhərində keçirilmiş MMA döyüşü üzrə Yusif Fight Championship turnirində uğurla çıxış etmiş Gözəl Zutova və məşqçisi Yusif Əliyevlə görüşüb. Bu barədə Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir.
Gənclər və İdman Nazirliyindən bildiriblər ki, idmançını növbəti qələbəsi münasibətilə təbrik edən nazir ona qarşıdakı yarışlarda da uğurlar arzulayıb.
Qeyd edək ki, qarışıq döyüş növləri (MMA) idmançısı Gözəl Zutova İstanbulda keçirilən Yusif Fight Championship (YFC) turnirində Ermənistan təmsilçisi Nara Marqarosyana qalib gəlib.
Şənbə günü, noyabrın 13-də Türkiyədə YFC 9 turniri baş tutub. Onun təşkilatçısı Azərbaycan əsillidir.
Beynəlxalq turnir çərçivəsində Azərbaycan təmsilçisi Gözəl Zutova erməni rəqibini 10 saniyəyə nokauta salıb.
Həmçinin oxuyun:
Cəmi on saniyəyə: Azərbaycanlı erməni rəqibini İstanbulda nokauta saldı
UFC-də ilk azərbaycanlı Qırğızıstan üçün çıxış etməkdən imtina edib
Şamil Zavurova qalib gələn Nəriman Abbasova avtomobil bağışladılar
Xəbər lenti
0