Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avropada təbii qazın qiyməti rekord vurdu

© AP Photo / Petr David JosekГазовое хранилище, фото из архива
Газовое хранилище, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.09.2021
Abunə olmaq
Bu qitədə "mavi yanacağ"ın qiymətində ən son rekord ötən həftənin cümə günü keçirilən sonuncu ticarət sessiyasında qeydə alınmışdı. Həmin vaxt 1000 kubmetr qaz 710 dollara satılmışdı.
BAKI, 13 sentyabr — Sputnik. Avropa bazarında təbii qazın qiymətində növbəti rekord qeydə alınıb. Hazırda bu qitədə min kubmetr qaz 730 dollara satılır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bazar ertəsi günü keçirilən ticarət sessiyasının əvvəlində Hollandiyanın TTF indeksinə görə, oktyabr ayı üçün qaz əqdlərinin qiyməti min kubmetr üçün 713,1 dollar təşkil edib. Bakı vaxtı ilə səhər saat 08:30-a qədər isə 728,2 dollara yüksəlib. Daha sonra 730,1 dollar təşkil edib.
Qeyd edək ki, Avropada təbii qazın qiymətində ən son rekord ötən həftənin cümə günü keçirilən sonuncu ticarət sessiyasında qeydə alınmışdı. Həmin vaxt 1000 kubmetr qaz 710 dollara satılmışdı.
Həmçinin oxuyun:
Dünya bazarında neft bahalaşır
Xəbər lenti
0