18:49 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
DÜNYA
Qısa URL
13 0 0

Hökumət məhəlləsinə gedən bütün yolları polis dəstələri bağlayıblar, küçələrdə polis avtobusları növbə çəkir.

BAKI, 28 avqust - Sputnik. Berlində keçirilən icazəsiz aksiyada 80 nəfərə yaxın etirazçını polis saxlayıb. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, aksiya zamanı dörd polis xəsarət alıb.

"İlkin məlumata görə, şənbə günü, avqustun 28-də Berlində etiraz aksiyalarında 78 nəfər müvəqqəti saxlanılıb, inzibati işlər açılıb. Dörd polis əməkdaşı xəsarət alıb", - Berlin polisinin nümayəndəsi agentliyə bildirib.

Bundan öncə Potsdamer-platsda COVID məhdudiyyətlərinə qarşı olanların icazəli mitinqi keçirilib. Mitinq bitəndən sonra minlərlə adam meydanda qalıb. Sonra onlar Tirqarten parkına yönəlməyə cəhd ediblər. Tirqarten parkı hökumət məhəlləsi ilə yanaşıdır. Polis qaçanların yolunu kəsib.

Hökumət məhəlləsinə gedən bütün yolları polis dəstələri bağlayıblar, küçələrdə polis avtobusları növbə çəkir.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın paytaxtı Londonda da COVID pasportu və maska əleyhinə mitinq keçirilib.

Eləcə də oxuyun:

Teqlər:
Berlin, aksiya, mitinq, polis, həbs

Əsas mövzular