CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda növbəti il üçün vaksin tədarükü görülür

© AFP 2023 / PASCAL GUYOTВакцина от коронавируса Pfizer-BioNTech, фото из архива
Вакцина от коронавируса Pfizer-BioNTech, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.08.2021
Abunə olmaq
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın brifinqində ölkənin vaksin ehtiyatı barədə açıqlama verib.
BAKI, 20 avqust — Sputnik. "Hər bir təşkilat rəhbəri icaze-e.gov.az vasitəsilə nə qədər əməkdaşının COVID-19 pasportu aldığını öyrənib və buna uyğun olaraq təşkilatdaxili qərar qəbul edə bilər".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Digər tədbir iştirakçısı, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov peyvəndi təhlükəsizlik kəməri adlandırıb.
O, həmçinin vaksin ehtiyatından da danışıb: "Azərbayan çox az ölkələrdəndir ki, çoxçeşidli vaksinlərimiz mövcuddur. Hazırda kifayət qədər vaksin ehtiyatımız var. Müvafiq qrafik üzrə vaksinlər gətirilir. İlin sonunadək bu vaksinlər kifayət edəcək. Artıq növbəti il üçün vaksinlərin alınması istiqamətində danışıqlar aparılır". 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə deyib ki, xırda tutumlu ticarət obyektlərində vaksin pasportu və immunitet sertifikatı tələb olunmur: "Lakin vətəndaş sərbəst hərəkət etmək istəyirsə, vaksin olunmalıdır. Belə vətəndaş heç bir məhdudiyyətlə qarşılaşmır".
E.Hacıyev bildirib ki, hazırda "Bakı Metropoliteni"nə girişdə vaksinasiya ilə bağlı sənəd tələb olunmur və burada epidemioloji vəziyyət normaldır.
Eləcə də oxuyun:
Valideynlər mütləq vaksin olunmalıdırlar? - TƏBİB və BŞTİ-dən cavab
Operativ Qərargahın brifinqi: Sentyabrın 15-dən təhsil əyani olacaq
Qlobal reytinqdə yüksəlmişik: amma bunun xeyri dələduzların cibinə gedir
COVID-19: sutka ərzində ölkədə 23 nəfər bu xəstəlikdən dünyasını dəyişib
Xəbər lenti
0