18:23 23 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
DÜNYA
Qısa URL
20 0 0

Deputat Sarkisyana su şüşəsi atılıb. Sonda müxalif və "Vətəndaş müqaviləsi"dən olan deputatlar bir-birilərinə su qabları atdılar.

BAKI, 25 avqust — Sputnik. Ermənistan Parlamentində bu gun növbəti qarşıdurma yaşanıb, deputatlar bir-birilərinə su qabları atıblar. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumatda bildirilir ki, hər şey "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Ayk Sarkisyanın (erməni xalqı arasında "butulka daşıyan" kimi tanınır) Ermənistanın sabiq müdafiə nazirlərini tənqid etməsindən sonra başlayıb. Belə ki, deputat qeyd edib ki, "zəng və ya pul müqabilində ordudan azad edilən hərbçilərin zamanında olmuş müdafiə nazirləri vətən xainləridir".

https://www.youtube.com/watch?v=lfOiBTlG3JY

Bundan sonra Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanla deputat arasında söz qarşıdurması yaşanıb. Deputat Sarkisyana su şüşəsi atılıb. Sonda müxalif və "Vətəndaş müqaviləsi"dən olan deputatlar bir-birilərinə su qabları atdılar.

Qeyd edək ki, ötən gün Ermənistan parlamentində qalmaqal yaşanıb. Sputnik Azərbaycan Ermənistan mətbuatına istinadla xəbər verir ki, parlamentin iclasında "Şərəfim var" blokunun deputatı Anna Mkrtçyan öz çıxışı zamanı Paşinyanın yol verdiyi səhvləri sadalamağa başlayıb.

O, Paşinyanın iclas zalına xeyli sayda mühafizəçi ilə gəlməsinə də diqqət çəkib. Mkrtçyan çıxış edən vaxt "Vətəndaş müqaviləsi" partiyasının deputatları yerlərindən qışqıraraq onun sözünü kəsməyə çalışıblar. Əvəzində deputat öz həmkarlarını "kapitulyantın tərəfdarları" adlandırıb.

Yaranan qalmaqaldan sonra parlamentin sədri Alen Simonyan əvvəl Mkrtçyanın mikrofonunu söndürüb, sonra isə onun zalı tərk etməsini istəyib. Deputat bundan imtina edəndə də mühafizəçiləri köməyə çağırıb. Ancaq "Ermənistan" və "Şərəfim var" bloklarının deputatları Mkrtçyanı dövrəyə alaraq mühafizəçilərin ona yaxınlaşmasına imkan verməyiblər. Simonyan parlamentin iclasına 20 dəqiqəlik ara vermək məcburiyyətində qalıb. Bundan sonra parlamentdə deputat qrupları ilə mühafizəçilər arasında dava düşüb. Bəzi deputatlar "Nikol satqındır!" deyə qışqırmağa başlayıblar.

Daha sonra müxalifətdən olan deputatlar bildiriblər ki, davada Artsvik Minasyanın paltarı cırılıb, Anna Mkrtçyanı isə zorla zaldan çıxarıblar.

Həmçinin oxuyun:

Teqlər:
Ermənistan, parlament, dava

Əsas mövzular