Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mariya Zaxarova: Qarabağda vəziyyət demək olar ki, sakitdir

© Sputnik / Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.08.2021
Abunə olmaq
"Biz hər iki tərəfi humanitar sahədə qarşılıqlı qıcıq doğuran məsələləri aradan qaldırmağa, hərbi əsirləri "hamını-hamıya" prinsipi əsasında, minalanmış sahələrin xəritələrini tam həcmdə dəyişdirməyə çağırırıq".
BAKI, 19 avqust — Sputnik. Qarabağda vəziyyət nisbətən sakitdir, Bakı və Yerevan arasında etimad çatışmazlığından baş verən ayrı-ayrı insidentlər operativ həll edilir. Sputnik Azərbaycan xəbər verir ki, belə bir açıqlama ilə Rusiya XİN rsəmisi Mariya Zaxarova çıxış edib.
"Ümumilikdə, həm Bakıda, həm də Yerevanda bizim ölkəmizin və Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin sabitləşdirici rolunu yüksək qiymətləndirirlər. Sülhməramlılarımız sayəsində bölgədə vəziyyət xeyli yaxşılaşıb və sakit olaraq qalır", - deyə o bildirib və onu da əlavə edib ki, insidentlərin baş verməsinin səbəbi Bakı və Yerevan arasında münasibətlərdə kəskin etimad çatışmazlığıdır.
Zaxarova qeyd edib ki, Rusiya Azərbaycan-Ermənistan münasibətləriunin kompleks şəkildə sağlamlaşdırılmasına çalışır.
"Təbii ki, biz bu mövqeyimizi həm Bakı, həm də Yerevanın diqqətinə ən ali və yüksək səviyyələrdə çatdırırıq. Biz hər iki tərəfi humanitar sahədə qarşılıqlı qıcıq doğuran məsələləri aradan qaldırmağa, hərbi əsirləri "hamını-hamıya" prinsipi əsasında, minalanmış sahələrin xəritələrini tam həcmdə dəyişdirməyə çağırırıq", - deyə XİN rəsmisi vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi Bakının Rusiyanın Ermənistana silah satmayacağına ümid etməsi barədə bəyanatına dair Zaxarova bildirib ki, xaricə silah satmaq Rusiyanın suveren hüququdur.
"Biz bu barədə çox oxuyuruq və eşidirik, lakin diqqəti ona çəkmək istərdik ki, bu cür əlaqələr həm Ermənistan, həm də Azərbaycanla çoxdan mövcuddur. Eyni zamanda biz bölgədə güc nisbətinin qorunub saxlanmasının vacibliyini də nəzərə alırıq", - deyə o vurğulayıb.
XİN rəsmisi həmçinin Moskvanın Yerevan və Bakıya güc tətbiqindən çəkinməyə, gərginliyin azaldılması üçün yalnız diplomatik yollardan istifadə etməyə çağırdığını da dilə gətirib.
“Biz əvvəlki kimi, yenə də hesab edirik ki, məsələnin uzunmüddətli həlli sərhədlərin delimitasiyası və sonrakı demarkasiyasından keçir. Biz bu prosesə zəruri məsləhətlərlə kömək etməyə hazırıq", - deyə Zaxarova fikrini tamamlayıb.
Həmçinin oxuyun:
Lavrov macar həmkarı ilə Qarabağ müzakirə edəcək
Xəbər lenti
0