https://sputnik.az/20210823/Bu-df-tnbllr-mkafat-verilck---300-avro-427748601.html
Bu dəfə tənbəllərə mükafat veriləcək - 300 avro
Bu dəfə tənbəllərə mükafat veriləcək - 300 avro
Sputnik Azərbaycan
Müsabiqə daha çox passiv, oturaq həyat tərzi keçirən şəxlərin diqqətini çəkib. Belə ki, bir çox müsabiqə iştirakçıları həm dincəlmək, həm də pul qazanmaq üçün... 23.08.2021, Sputnik Azərbaycan
2021-08-23T10:29+0400
2021-08-23T10:29+0400
2021-11-16T20:29+0400
xəbərlər
cəmiyyət
tənbəl
mükafat
dünya
https://cdnn1.img.sputnik.az/img/42389/75/423897504_0:159:3076:1889_1920x0_80_0_0_c5370d818e42bf7337eb9f606a7d1a23.jpg
BAKI, 21 avqust — Sputnik. Adriatik dənizi ölkəsi olan Monteneqro özünün “ən tənbəl sakin”ni axtarır. Sputnik Azərbaycan-ın Türkiyə mediasınna istinadən xəbərinə görə, 10 ildir ki, davam edən müsabiqəyə yenidən start verilib.8 müsabiqə iştirakçısının rəqabət aparacağı müsabiqənin şərtləri mürəkkəb hesab olunmur. Belə ki, ayağa qalxmaq, gəzmək qadağan olunsa da, şəxslər istədikləri vaxt kitab oxuya bilərlər. Onlara həmçinin istədikləri vaxtda telefonda zaman keçirtmək icazəsi verilir.Öncəki ildən fərqli olaraq 8 saatdan bir ayaqyoluna getmək icazəsi verilir. Qalibə yataraq, uzanaraq zaman keçirtməyin müqabilində 300 avro pul mükafatı veriləcək.Müsabiqə daha çox passiv, oturaq həyat tərzi keçirən şəxlərin diqqətini çəkib. Belə ki, bir çox müsabiqə iştirakçıları həm dincəlmək, həm də pul qazanmaq üçün müsabiqəyə qatıldıqlarını bildiriblər. Digər iştirakçılar isə təbiət qoynunda zaman keçirtməkdən zövq aldıqları üçün bu müsabiqənin onlar üçün diqqətçəkən olduğunu ifadə ediblər.Müsabiqənin təşkilatçısı Miko Blaqojeviç isə bildirib ki, Monteneqro əhalisi tənbəl olaraq tanındıqları üçün belə bir müabiqəyə start verib.Qeyd edək ki, bu yarışmada ən uzun müddətli yatmaq rekordu 52 saat olub.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42389/75/423897504_174:0:2903:2047_1920x0_80_0_0_f68c1b64c3a19e789413075ecf740d64.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, tənbəl, mükafat, dünya
xəbərlər, tənbəl, mükafat, dünya
Bu dəfə tənbəllərə mükafat veriləcək - 300 avro
10:29 23.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Müsabiqə daha çox passiv, oturaq həyat tərzi keçirən şəxlərin diqqətini çəkib. Belə ki, bir çox müsabiqə iştirakçıları həm dincəlmək, həm də pul qazanmaq üçün müsabiqəyə qatıldıqlarını bildiriblər.
BAKI, 21 avqust — Sputnik. Adriatik dənizi ölkəsi olan Monteneqro özünün “ən tənbəl sakin”ni axtarır.
Sputnik Azərbaycan-ın Türkiyə mediasınna istinadən xəbərinə görə, 10 ildir ki, davam edən müsabiqəyə yenidən start verilib.
8 müsabiqə iştirakçısının rəqabət aparacağı müsabiqənin şərtləri mürəkkəb hesab olunmur. Belə ki, ayağa qalxmaq, gəzmək qadağan olunsa da, şəxslər istədikləri vaxt kitab oxuya bilərlər. Onlara həmçinin istədikləri vaxtda telefonda zaman keçirtmək icazəsi verilir.
Öncəki ildən fərqli olaraq 8 saatdan bir ayaqyoluna getmək icazəsi verilir. Qalibə yataraq, uzanaraq zaman keçirtməyin müqabilində 300 avro pul mükafatı veriləcək.
Müsabiqə daha çox passiv, oturaq həyat tərzi keçirən şəxlərin diqqətini çəkib. Belə ki, bir çox müsabiqə iştirakçıları həm dincəlmək, həm də pul qazanmaq üçün müsabiqəyə qatıldıqlarını bildiriblər. Digər iştirakçılar isə təbiət qoynunda zaman keçirtməkdən zövq aldıqları üçün bu müsabiqənin onlar üçün diqqətçəkən olduğunu ifadə ediblər.
Müsabiqənin təşkilatçısı Miko Blaqojeviç isə bildirib ki, Monteneqro əhalisi tənbəl olaraq tanındıqları üçün belə bir müabiqəyə start verib.
Qeyd edək ki, bu yarışmada ən uzun müddətli yatmaq rekordu 52 saat olub.