CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu dəfə tənbəllərə mükafat veriləcək - 300 avro

© AFP 2024 / MIGUEL MEDINAПачка денег номиналом 500 евро, фото из архива
Пачка денег номиналом 500 евро, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Abunə olmaq
Müsabiqə daha çox passiv, oturaq həyat tərzi keçirən şəxlərin diqqətini  çəkib. Belə ki, bir çox müsabiqə iştirakçıları həm dincəlmək, həm də pul qazanmaq üçün müsabiqəyə qatıldıqlarını bildiriblər.
BAKI, 21 avqust — Sputnik. Adriatik dənizi ölkəsi olan Monteneqro özünün “ən tənbəl sakin”ni axtarır. Sputnik Azərbaycan-ın Türkiyə mediasınna istinadən xəbərinə görə, 10 ildir ki, davam edən müsabiqəyə yenidən start verilib.
8 müsabiqə iştirakçısının rəqabət aparacağı müsabiqənin şərtləri mürəkkəb hesab olunmur. Belə ki, ayağa qalxmaq, gəzmək qadağan olunsa da, şəxslər istədikləri vaxt kitab oxuya bilərlər. Onlara həmçinin istədikləri vaxtda telefonda zaman keçirtmək icazəsi verilir.
Öncəki ildən fərqli olaraq 8 saatdan bir ayaqyoluna getmək icazəsi verilir. Qalibə yataraq, uzanaraq zaman keçirtməyin müqabilində 300 avro pul mükafatı veriləcək.
Müsabiqə daha çox passiv, oturaq həyat tərzi keçirən şəxlərin diqqətini  çəkib. Belə ki, bir çox müsabiqə iştirakçıları həm dincəlmək, həm də pul qazanmaq üçün müsabiqəyə qatıldıqlarını bildiriblər. Digər iştirakçılar isə təbiət qoynunda zaman keçirtməkdən zövq aldıqları üçün bu müsabiqənin onlar üçün diqqətçəkən olduğunu ifadə ediblər.
Müsabiqənin təşkilatçısı Miko Blaqojeviç isə bildirib ki, Monteneqro əhalisi tənbəl olaraq tanındıqları üçün belə bir müabiqəyə start verib.
Qeyd edək ki, bu yarışmada ən uzun müddətli yatmaq rekordu 52 saat olub.
 
Xəbər lenti
0