23:32 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
DÜNYA
Qısa URL
14 0 0

Təhlükəli asteroidlər qrupuna aid olan 2016 AJ193 asteroidi avqustun 21-də Yerə ən minimal məsafəyə qədər yaxınlaşıb.

BAKI, 21 avgust — Sputnik. Təhlükəli asteroidlər qrupuna aid olan 2016 AJ193 asteroidi avqustun 21-də Yerə ən minimal məsafəyə qədər yaxınlaşıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, adıçəkilən asteroidlə planetimiz arasında məsafə 3,4 milyon km-ə qədərdir.

NASA-nın şöbələrindən birinin mlumatında deyilir ki, göy cismi Yer planetinə Bakı vaxtı ilə təqribən 19.10 dəqiqədə ən yaxın məsafədə olacaq. Asteroidin sürəti saniyədə 26 km, ölçüləri isə 400-1300 m təşkil edir.

Moskva planetarimundan bir müddət əvvəl verilmiş məlumata görə, 2016 AJ193 asteroidi potensial təhlükəli göy cisimləri sinfinə aid olunsa da, planetimiz üçün təhlükə kəsb etmir.

Məlumatda o da qeyd olunur ki, göy cisimlərinin müşahidə edildiyi bütün dövr ərzində bu cür asteroidlər Yer planetinə daha yaxın məsafələrdən də ötüb keçiblər.

Qeyd edək ki, əgər qeyd olunan asteroid Yerdən 3,4 mln. km mısafədən keçəcəksə, planetimizin təbii peyki olan Ay Yerdən 380 min km məsafədə dövr edir.

Həmçinin oxuyun:

Teqlər:
asteroid

Əsas mövzular