https://sputnik.az/20210817/Efqanistan-Taliban-umumi-amnistiya-elan-etdi-yuzlerle-sakin-texliye-olunur-427718145.html
Əfqanıstan: Taliban* ümumi amnistiya elan etdi, yüzlərlə sakin təxliyə olunur
Əfqanıstan: Taliban* ümumi amnistiya elan etdi, yüzlərlə sakin təxliyə olunur
Sputnik Azərbaycan
Əfqanıstanda xaos davam edir.Taliban* ümumi amnistiya elan edib, bununla belə, ölkənin yüzlərlə sakini və xarici diplomatik nümayəndəliklərin... 17.08.2021, Sputnik Azərbaycan
2021-08-17T15:31+0400
2021-08-17T15:31+0400
2021-11-17T00:01+0400
multimedia
video
xəbərlər
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/11/427718073_0:0:1911:1080_1920x0_80_0_0_bc427d6df63ae704d485acc4fd6f3ef8.jpg
Taliban* Əfqanıstanda ümumi amnistiya elan edərək vətəndaşları normal həyata və işə qayıtmağa çağırıb. Amnistiya hamıya elan olunub. Taliban* bəyan edib ki, bundan sonra qadınlara qarşı daha yumşaq davranılacaq və hətta onlara şəriət qanunları çərçivəsində hökumətə daxil olmaq imkanı da veriləcək.Talibanın* siyasi rəhbərliyində yeni hakimiyyət orqanının yaradılması ilə bağlı Dohada baş tutan danışıqlara Əfqanıstanın son qırx ildəki ən məşhur səhra komandirləri və siyasətçiləri yollanıblar: İslam partiyasının lideri Gülbəddin Hikmətyar, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai, Abdulla Qəni dönəmində vitse-prezident olmuş Abdulla Abdulla.Ancaq terrorçuların bütün bəyanatları əbəsdir, əfqanlar taliblərdən qaçmağa davam edirlər.Bu gün səhər saatlarında Kabil aeroportunda təxliyə reysləri bərpa olunub ki, bu da yerli sakinləri hədsiz dərəcədə sevindirib. Aeroportun işi insanların uçuş-enmə zolağına hücum edərək təyyarələrə basqın etməsindən sonra dayandırılmışdı. Nəticədə bir neçə nəfər həlak olmuşdu. Hazırda Kabil aeroportunda 3,5 min ABŞ hərbçisi çalışır. Onlar gündəlik Kabildən 5 min insanın təxliyə olunması üçün yönləndiriliblər. Yaxın günlərdə Pentaqon Kabilə daha 5 min hərbçi göndərməyi planlaşdırır. 22 min əfqan qaçqını ABŞ-ın Virciniya, Texas və Viskonsin ştatlarındakı üç hərbi bazasına qəbul ediləcək.ABŞ Prezidenti Co Bayden taliblərdən qaçan əfqanlara 500 milyon dollar vəsait ayırıb. Böyük Britaniya da Kabilə 200 hərbçi göndərib. Beləliklə, Kabil aeroportunda keşik çəkən və təxliyə prosesində iştirak edən Böyük Britaniya hərbçilərinin ümumi sayı 900 nəfərə çatdırılıb.Avropa İttifaqı da əfqan probleminə biganə qalmır. Avropa Əfqanıstan qaçqınları üçün humanitar dəhlizlərin yaradılmasını planlaşdırır. Bu barədə bir qədər əvvəl iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloni məlumat verib.*Rusiya Federasiyası və başqa ölkələrdə qadağan olunmuş terror qruplaşması
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/11/427718073_64:0:1782:1080_1920x0_80_0_0_cf35c89ce68570ce54b5189d07d32612.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
multimedia, xəbərlər, dünya, azərbaycan
multimedia, xəbərlər, dünya, azərbaycan
Əfqanıstan: Taliban* ümumi amnistiya elan etdi, yüzlərlə sakin təxliyə olunur
15:31 17.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Əfqanıstanda xaos davam edir.Taliban* ümumi amnistiya elan edib, bununla belə, ölkənin yüzlərlə sakini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarının Kabildən təxliyəsi davam edir.
Taliban* Əfqanıstanda ümumi amnistiya elan edərək vətəndaşları normal həyata və işə qayıtmağa çağırıb. Amnistiya hamıya elan olunub. Taliban* bəyan edib ki, bundan sonra qadınlara qarşı daha yumşaq davranılacaq və hətta onlara şəriət qanunları çərçivəsində hökumətə daxil olmaq imkanı da veriləcək.
Talibanın* siyasi rəhbərliyində yeni hakimiyyət orqanının yaradılması ilə bağlı Dohada baş tutan danışıqlara Əfqanıstanın son qırx ildəki ən məşhur səhra komandirləri və siyasətçiləri yollanıblar: İslam partiyasının lideri Gülbəddin Hikmətyar, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai, Abdulla Qəni dönəmində vitse-prezident olmuş Abdulla Abdulla.
Ancaq terrorçuların bütün bəyanatları əbəsdir, əfqanlar taliblərdən qaçmağa davam edirlər.
Bu gün səhər saatlarında Kabil aeroportunda təxliyə reysləri bərpa olunub ki, bu da yerli sakinləri hədsiz dərəcədə sevindirib. Aeroportun işi insanların uçuş-enmə zolağına hücum edərək təyyarələrə basqın etməsindən sonra dayandırılmışdı. Nəticədə bir neçə nəfər həlak olmuşdu. Hazırda Kabil aeroportunda 3,5 min ABŞ hərbçisi çalışır. Onlar gündəlik Kabildən 5 min insanın təxliyə olunması üçün yönləndiriliblər. Yaxın günlərdə Pentaqon Kabilə daha 5 min hərbçi göndərməyi planlaşdırır. 22 min əfqan qaçqını ABŞ-ın Virciniya, Texas və Viskonsin ştatlarındakı üç hərbi bazasına qəbul ediləcək.
ABŞ Prezidenti Co Bayden taliblərdən qaçan əfqanlara 500 milyon dollar vəsait ayırıb. Böyük Britaniya da Kabilə 200 hərbçi göndərib. Beləliklə, Kabil aeroportunda keşik çəkən və təxliyə prosesində iştirak edən Böyük Britaniya hərbçilərinin ümumi sayı 900 nəfərə çatdırılıb.
Avropa İttifaqı da əfqan probleminə biganə qalmır. Avropa Əfqanıstan qaçqınları üçün humanitar dəhlizlərin yaradılmasını planlaşdırır. Bu barədə bir qədər əvvəl iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloni məlumat verib.
*Rusiya Federasiyası və başqa ölkələrdə qadağan olunmuş terror qruplaşması