CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avstriyadakı kafe COVID-19 əleyhinə peyvənd edilənlərə xidmət göstərməkdən imtina edib

© Sputnik / Maksim Blinov / Mediabanka keçidГорода Мира. Вена
Города Мира. Вена - Sputnik Azərbaycan, 1920, 10.08.2021
Abunə olmaq
Burqomister Yozef Vaykinger bu qərarın qanunlara zidd olmadığını desə də, sakinləri bu kafeyə getməkdən çəkinməyə çağırıb.
BAKI, 10 avqust — Sputnik. Avstriyanın federal Salzburq əyalətindəki bir kafe koronavirusa qarşı peyvənd edilmiş insanlara xidmət göstərməkdən imtina edib. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
Xəbərdə qeyd olunur ki, belə bir "özünəməxsus yol" tərkibində kiçik kafe olan sağlam qida mağazası tərəfindən seçilib. Belə ki, "Ştrobl-am-Volfqanqze" icmasında yerləşən müəssisədə qəhvə və pirojnalar yalnız vaksin olunmamış şəxslərə verirlir.
İcmanın burqomisteri Yozef Vaykinger bu qərarın qanunlara zidd olmadığınlı desə də, sakinləri bu kafeyə getməkdən çəkinməyə çağırıb.
"Buna yalnız gülmək, nəticə çıxarmaq və ziyarətçiləri oraya getməməyə çağırmaq lazımdır." - deyə Vaykinger bildirib.
Kafenin rəhbərliyi məsələni şərh etmək istəməyib.
"Salzburq" Universitetinin hüquq fəlsəfəsi professoru Silviya Traunvizer isə məsələ ilə əlaqədar COVID-19 pandemiyasının cəmiyyəti tamamilə parçaladığını qeyd edib.
Bu, koronavirusdan peyvənd olunanlara xidmət göstərməkdən imtina edilən ilk hal deyil. Məsələn, ötən həftə məlum olub ki, ABŞ-ın Missuri ştatında bir taksi şirkətinin sahibi koronavirus peyvəndi ilə razılaşmadığını bildirərək maskalı müştərilərə və ya peyvənd olunanlara xidmət etməyəcəyini bildirib.
Həmçinin oxuyun:
Kütləvi dini mərasimlərə çağırış edən şəxsə xəbərdarlıq olundu
Baş infeksionist: İndi koronavirusa yoluxanların böyük əksəriyyəti vaksin olunmayanlardır
Xəbər lenti
0