https://sputnik.az/20210810/Avstriyadaki-kafe-COVID-19-eleyhin-peyvend-edilenlere-xidmet-gostermekden-imtina-edib-427669731.html
Avstriyadakı kafe COVID-19 əleyhinə peyvənd edilənlərə xidmət göstərməkdən imtina edib
Avstriyadakı kafe COVID-19 əleyhinə peyvənd edilənlərə xidmət göstərməkdən imtina edib
Sputnik Azərbaycan
Burqomister Yozef Vaykinger bu qərarın qanunlara zidd olmadığını desə də, sakinləri bu kafeyə getməkdən çəkinməyə çağırıb. 10.08.2021, Sputnik Azərbaycan
2021-08-10T23:20+0400
2021-08-10T23:20+0400
2021-11-16T20:28+0400
xəbərlər
cəmiyyət
dünya
https://cdnn1.img.sputnik.az/img/40786/83/407868356_0:0:3073:1728_1920x0_80_0_0_fb0648686f029f0bf62b4db897ff1f2b.jpg
BAKI, 10 avqust — Sputnik. Avstriyanın federal Salzburq əyalətindəki bir kafe koronavirusa qarşı peyvənd edilmiş insanlara xidmət göstərməkdən imtina edib. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.Xəbərdə qeyd olunur ki, belə bir "özünəməxsus yol" tərkibində kiçik kafe olan sağlam qida mağazası tərəfindən seçilib. Belə ki, "Ştrobl-am-Volfqanqze" icmasında yerləşən müəssisədə qəhvə və pirojnalar yalnız vaksin olunmamış şəxslərə verirlir.İcmanın burqomisteri Yozef Vaykinger bu qərarın qanunlara zidd olmadığınlı desə də, sakinləri bu kafeyə getməkdən çəkinməyə çağırıb."Buna yalnız gülmək, nəticə çıxarmaq və ziyarətçiləri oraya getməməyə çağırmaq lazımdır." - deyə Vaykinger bildirib.Kafenin rəhbərliyi məsələni şərh etmək istəməyib."Salzburq" Universitetinin hüquq fəlsəfəsi professoru Silviya Traunvizer isə məsələ ilə əlaqədar COVID-19 pandemiyasının cəmiyyəti tamamilə parçaladığını qeyd edib.Bu, koronavirusdan peyvənd olunanlara xidmət göstərməkdən imtina edilən ilk hal deyil. Məsələn, ötən həftə məlum olub ki, ABŞ-ın Missuri ştatında bir taksi şirkətinin sahibi koronavirus peyvəndi ilə razılaşmadığını bildirərək maskalı müştərilərə və ya peyvənd olunanlara xidmət etməyəcəyini bildirib.Həmçinin oxuyun:Kütləvi dini mərasimlərə çağırış edən şəxsə xəbərdarlıq olunduBaş infeksionist: İndi koronavirusa yoluxanların böyük əksəriyyəti vaksin olunmayanlardır
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40786/83/407868356_0:0:2729:2047_1920x0_80_0_0_feb02a1e22afaf9f5aaa43abe89ccf75.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Avstriyadakı kafe COVID-19 əleyhinə peyvənd edilənlərə xidmət göstərməkdən imtina edib
23:20 10.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Burqomister Yozef Vaykinger bu qərarın qanunlara zidd olmadığını desə də, sakinləri bu kafeyə getməkdən çəkinməyə çağırıb.
BAKI, 10 avqust — Sputnik. Avstriyanın federal
Salzburq əyalətindəki bir kafe koronavirusa qarşı peyvənd edilmiş insanlara xidmət göstərməkdən imtina edib. Bu barədə
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
Xəbərdə qeyd olunur ki, belə bir "özünəməxsus yol" tərkibində kiçik kafe olan sağlam qida mağazası tərəfindən seçilib. Belə ki, "Ştrobl-am-Volfqanqze" icmasında yerləşən müəssisədə qəhvə və pirojnalar yalnız vaksin olunmamış şəxslərə verirlir.
İcmanın burqomisteri Yozef Vaykinger bu qərarın qanunlara zidd olmadığınlı desə də, sakinləri bu kafeyə getməkdən çəkinməyə çağırıb.
"Buna yalnız gülmək, nəticə çıxarmaq və ziyarətçiləri oraya getməməyə çağırmaq lazımdır." - deyə Vaykinger bildirib.
Kafenin rəhbərliyi məsələni şərh etmək istəməyib.
"Salzburq" Universitetinin hüquq fəlsəfəsi professoru Silviya Traunvizer isə məsələ ilə əlaqədar COVID-19 pandemiyasının cəmiyyəti tamamilə parçaladığını qeyd edib.
Bu, koronavirusdan peyvənd olunanlara xidmət göstərməkdən imtina edilən ilk hal deyil. Məsələn, ötən həftə məlum olub ki, ABŞ-ın Missuri ştatında bir taksi şirkətinin sahibi koronavirus peyvəndi ilə razılaşmadığını bildirərək maskalı müştərilərə və ya peyvənd olunanlara xidmət etməyəcəyini bildirib.