22:03 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
DÜNYA
Qısa URL
28 0 0

Saatda 25 kilometr sürətlə hərəkət edən qasırğanın mərkəzində küləyin sürətinin saatda 126 kilometrə çatdığı qeyd edilir. Onun şimal-şərq istiqamətində hərəkətini davam etdirəcəyi proqnozlaşdırılır.

 

BAKI, 8 avqust — Sputnik. "Mirine" və "Liput" tropik qasırğaları Yaponiyaya doğru hərəkət edir.

Sputnik Azərbaycan xəbər verir ki, səhər saatlarında "Mirine" qasırğası Yaponiyanın şərq sahillərinə çatıb. "Liput" qasırğasının isə bu gün axşam saatlarında Kyüşü adasına çatacağı gözlənilir.

Bildirilir ki, Kanto regionuna yaxınlaşan "Mirine" qasırğası buraya güclü yağışlar, ildırım çaxması və külək gətirib. Saatda 25 kilometr sürətlə hərəkət edən qasırğanın mərkəzində küləyin sürətinin saatda 126 kilometrə çatdığı qeyd edilir. Onun şimal-şərq istiqamətində hərəkətini davam etdirəcəyi proqnozlaşdırılır.

Bazar günü səhər saatlarında qasırğanın yaxınlaşdığı Çiba prefekturasının bəzi rayonlarında təxliyə xəbərdarlığı elan edilib.

Bu axşam Kyüşü adasına çatacaq "Liput" qasırğasının da özü ilə güclü külək və yağış gətirəcəyi gözlənilir. Meteoroloqların bildirdiyinə görə, Yaponiyanın qərbində də leysan yağışları yağacağı və ildırım çaxacağı proqnozlaşdırılır. Çaylarda suyun səviyyəsinin qalxması səbəbindən ərazidə daşqınlar və torpaq sürüşmələri barədə əhaliyə xəbərdarlıq edilib.

Xatırladaq ki, bir müddət öncə Yaponiyanın cənub-qərbində tüğyan edən güclü "Xayşen" qasırğası zamanı azı 36 nəfər xəsarət almışdı. Qasırğa nəticəsində ən çox Küsü adasının Naqasaki, Kaqosima və Kumamoto prefekturalarının sakinləri xəsarətlər alıblar. Həmçinin Küsüdən qərbdə yerləşən Yamaquti prefekturasında da dörd nəfərin zərər çəkməsi haqqında bildirilirdi.

Onu da bildirək ki, bu gün Tokioda keçirilən Yay Olimpiya Oyunlarının son günüdür.

Eləcə də oxuyun:

Teqlər:
Yaponiya, qasırğa

Əsas mövzular