https://sputnik.az/20210808/Yaponiyaya-dogru-iki-tropik-qasirga-yaxinlasir-427650695.html
Olimpiada bitir, qasırğa gəlir
Olimpiada bitir, qasırğa gəlir
Sputnik Azərbaycan
Saatda 25 kilometr sürətlə hərəkət edən qasırğanın mərkəzində küləyin sürətinin saatda 126 kilometrə çatdığı qeyd edilir. Onun şimal-şərq istiqamətində... 08.08.2021, Sputnik Azərbaycan
2021-08-08T13:35+0400
2021-08-08T13:35+0400
2021-11-16T20:28+0400
xəbərlər
qasırğa
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/05/16/427016652_0:40:3072:1778_1920x0_80_0_0_1764e2f6234e7fa629302bc91bd546a1.jpg
BAKI, 8 avqust — Sputnik. "Mirine" və "Liput" tropik qasırğaları Yaponiyaya doğru hərəkət edir.Sputnik Azərbaycan xəbər verir ki, səhər saatlarında "Mirine" qasırğası Yaponiyanın şərq sahillərinə çatıb. "Liput" qasırğasının isə bu gün axşam saatlarında Kyüşü adasına çatacağı gözlənilir.Bildirilir ki, Kanto regionuna yaxınlaşan "Mirine" qasırğası buraya güclü yağışlar, ildırım çaxması və külək gətirib. Saatda 25 kilometr sürətlə hərəkət edən qasırğanın mərkəzində küləyin sürətinin saatda 126 kilometrə çatdığı qeyd edilir. Onun şimal-şərq istiqamətində hərəkətini davam etdirəcəyi proqnozlaşdırılır.Bazar günü səhər saatlarında qasırğanın yaxınlaşdığı Çiba prefekturasının bəzi rayonlarında təxliyə xəbərdarlığı elan edilib.Bu axşam Kyüşü adasına çatacaq "Liput" qasırğasının da özü ilə güclü külək və yağış gətirəcəyi gözlənilir. Meteoroloqların bildirdiyinə görə, Yaponiyanın qərbində də leysan yağışları yağacağı və ildırım çaxacağı proqnozlaşdırılır. Çaylarda suyun səviyyəsinin qalxması səbəbindən ərazidə daşqınlar və torpaq sürüşmələri barədə əhaliyə xəbərdarlıq edilib.Xatırladaq ki, bir müddət öncə Yaponiyanın cənub-qərbində tüğyan edən güclü "Xayşen" qasırğası zamanı azı 36 nəfər xəsarət almışdı. Qasırğa nəticəsində ən çox Küsü adasının Naqasaki, Kaqosima və Kumamoto prefekturalarının sakinləri xəsarətlər alıblar. Həmçinin Küsüdən qərbdə yerləşən Yamaquti prefekturasında da dörd nəfərin zərər çəkməsi haqqında bildirilirdi.Onu da bildirək ki, bu gün Tokioda keçirilən Yay Olimpiya Oyunlarının son günüdür.Eləcə də oxuyun:Suyun altınta qalan şəhərlər - Birtaniyadan "Kristofer" qasırğası keçdiABŞ-da güclü qar həyatı iflic etdi - Şoka salan FOTOLARŞıltaq baharın oyunları: Novorossiyskdə güclü qasırğa tüğyan edir - VIDEO
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/16/427016652_0:0:3072:1930_1920x0_80_0_0_8000cf867aecd5a2c53c8d77128587cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, qasırğa, dünya
Olimpiada bitir, qasırğa gəlir
13:35 08.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Saatda 25 kilometr sürətlə hərəkət edən qasırğanın mərkəzində küləyin sürətinin saatda 126 kilometrə çatdığı qeyd edilir. Onun şimal-şərq istiqamətində hərəkətini davam etdirəcəyi proqnozlaşdırılır.
BAKI, 8 avqust — Sputnik. "Mirine" və "Liput" tropik qasırğaları Yaponiyaya doğru hərəkət edir.
Sputnik Azərbaycan xəbər verir ki, səhər saatlarında "Mirine" qasırğası Yaponiyanın şərq sahillərinə çatıb. "Liput" qasırğasının isə bu gün axşam saatlarında Kyüşü adasına çatacağı gözlənilir.
Bildirilir ki, Kanto regionuna yaxınlaşan "Mirine" qasırğası buraya güclü yağışlar, ildırım çaxması və külək gətirib. Saatda 25 kilometr sürətlə hərəkət edən qasırğanın mərkəzində küləyin sürətinin saatda 126 kilometrə çatdığı qeyd edilir. Onun şimal-şərq istiqamətində hərəkətini davam etdirəcəyi proqnozlaşdırılır.
Bazar günü səhər saatlarında qasırğanın yaxınlaşdığı Çiba prefekturasının bəzi rayonlarında təxliyə xəbərdarlığı elan edilib.
Bu axşam Kyüşü adasına çatacaq "Liput" qasırğasının da özü ilə güclü külək və yağış gətirəcəyi gözlənilir. Meteoroloqların bildirdiyinə görə, Yaponiyanın qərbində də leysan yağışları yağacağı və ildırım çaxacağı proqnozlaşdırılır. Çaylarda suyun səviyyəsinin qalxması səbəbindən ərazidə daşqınlar və torpaq sürüşmələri barədə əhaliyə xəbərdarlıq edilib.
Xatırladaq ki, bir müddət öncə Yaponiyanın cənub-qərbində tüğyan edən güclü "Xayşen" qasırğası zamanı azı 36 nəfər xəsarət almışdı. Qasırğa nəticəsində ən çox Küsü adasının Naqasaki, Kaqosima və Kumamoto prefekturalarının sakinləri xəsarətlər alıblar. Həmçinin Küsüdən qərbdə yerləşən Yamaquti prefekturasında da dörd nəfərin zərər çəkməsi haqqında bildirilirdi.
Onu da bildirək ki, bu gün Tokioda keçirilən Yay Olimpiya Oyunlarının son günüdür.
Suyun altınta qalan şəhərlər - Birtaniyadan
"Kristofer" qasırğası keçdi
ABŞ-da güclü qar həyatı iflic etdi - Şoka salan FOTOLAR
Şıltaq baharın oyunları: Novorossiyskdə
güclü qasırğa tüğyan edir - VIDEO