10:31 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0154
  • RUB0.0231
DÜNYA
Qısa URL
29 0 0

Əl-Hüseyni xəstəxanasındakı yanğının oksigen balonunun partlaması nəticəsində başladığı ehtimal olunur.

BAKI, 13 iyul — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi İraqın Ən-Nəsiriyyə şəhərindəki xəstəxanada baş vermiş yanğınla əlaqədar başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"İraqın Nəsiriyyə şəhərindəki Əl-Hüseyni xəstəxanasında baş vermiş yanğın bizi dərindən kədərləndirdi. Yanğın qurbanlarının ailələrinə və İraq xalqına başsağlığı veririk. Biz bu çətin anlarda İraq hökuməti və xalqının yanındayıq", - məlumatda vurğulanıb.

Qeyd edək ki, İraqın Ən-Nasiriyyə şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib. Xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 54-ə çatıb. Azı 70 nəfər xilas edilib. Əl-Hüseyni xəstəxanasındakı yanğının oksigen balonunun partlaması nəticəsində başladığı ehtimal olunur.

Əsas mövzular