BAKI, 22 iyun - Sputnik. İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi özünün ilk mətbuat konfransında Sputnik-ə bildirib ki, onun icra hakimi vəzifəsində ilk fərmanı korrupsiyanın ləğvi, iş yerlərinin yaradılması üzrə vəziyyətin normallaşdırılması və mənzil bazarına aid olacaq.
“Bütün bu problemləri (korrupsiya və rüşvət – Sputnik-in qeydi) mənim hökumətim düzəldəcək. Və bizim atacağımız ilk addımlar tam məşğulluğun yaradılmasına diqqətin yönəldilməsi və mənzil probleminin (əmlak məsələlərinin) həllini ehtiva edəcək. Müxtəlif sahələrdəki təşəbbüskar dövlət qurumları hörmətli İran vətəndaşlarının cəlb olunmasında aktiv iştirak etməlidir”, - Rəisi söyləyb.
Rəisi amerikalıları Birgə Hərtərəfli Fəaliyyət Planını pozmaqda, avropalıları isə nüvə razılaşmasında öz öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb: “Amerikalılara məsləhətim odur ki, öz öhdəliklərini yada salıb onlara əməl eləsinlər. Avropalılar isə ABŞ-ın təzyiqi altında əyilməməli, onların dediyini eləməməlidirlər. Qoy onlar BHFP üzrə üzərlərinə götürdükləri vəzifələri icra etsinlər. İran xalqı sadəcə istəyir ki, avropalılar BHFP-də vəd etdiklərini yerinə yetirsinlər. İran xalqı öz hüquqlarını müdafiə etmək isətyir. Biz bu hüquqlara nail olacağıq”.
Ayətullah İbrahim Rəisi BHFP üzrə Vyana danışıqlarına da münasibət bildirib: “Bizim nüvə danışıqlarını aparan nümayəndələrimiz proqress üçün əllərindən gələni edəcəklər. Mən artıq komandamın araşdırdığı müvafiq hesabatları almışam”.
Sanksiyalara gəlincə, o, (ABŞ) İran xalqına qarşı bütün sanksiyaları ləğv etməlidir. Biz bunda təkid edirik, İranın əvvəlki hakimiyyəti kimi, biz də məhz buna nail olacağıq. Sanksiyaların tam ləğvi və düzgünlüyün yoxlanılması – mənim hökumətimin xarici siyasətinin diqqət mərkəzində duran əsas vektorlar bunlar olacaq”.
Rəisinin qələbəsi
İyunun 18-də İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində iştirak etmiş 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini qazanaraq qalib gəlib.
Xatırladaq ki, əvvəlcə İran prezidenti vəzifəsi uğrunda 7 namizəd mübarizəyə qoşulsa da, sonradan onlardan üçü namizədliyini geri götürmüşdü. Əsas mübarizə İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, digər iki mühafizəkar siyasətçi - Məsləhət Şurasının katibi Möhsün Rzayi və İran parlamentinin vitse-spikeri Əmir Hüseyn Kazizade Haşimi, həmçinin İran Mərkəzi bankının keçmiş rəhbəri Əbdülnaser Hemmati arasında gedib.
İranın hazırki prezidenti Həsən Ruhani ikinci müddəti tamamladığına görə seçkilərdə iştirak etməyib. Ekspertlər İranın ali lideri Əli Xameneinin İbrahim Rəisini dəstəklədiyini bildirirlər.
Eləcə də oxuyun:
-
Baydenlə görüşmək niyyətinə deyiləm – İranın yeni prezidenti sərt danışdı
-
Ekspert: “İrandakı prezident seçkiləri dəyişikliklərə səbəb olacaq”