Fikrət Sadıxov: “Qərb-Rusiya münasibətləri olduqca gərgindir”
“Rusiya NATO ilə dialoqdan geri çəkilmir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, 90-cı illərdə NATO-Rusiya dialoqu şurası yaranmışdı, amma bu çox davam etmədi: “Tərəflərin arasında ziddiyyətlər dialoqun uzunmüddətli olmasına imkan vermədi. Kimsə düşünürsə ki, yenidən belə bir dialoq şurasının yaranması mümkündür, məncə, yanılır. Hazırda Qərb-Rusiya münasibətləri olduqca gərgindir. Ona görə də onların əməkdaşlığı real görünmür. Tərəflər arasında soyuq müharibənin müəyyən bir fazası yaşanır”.
Fikrət Sadıxovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz