Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bəzi ölkələrin neft tələbatı artacaq

© AP Photo / Amr NabilСотрудник службы безопасности в маске проверяет автомобиль, въезжающий на территорию комплекса Saudi Aramco в Джидде, Саудовская Аравия, в понедельник, 9 марта 2020 года
Сотрудник службы безопасности в маске проверяет автомобиль, въезжающий на территорию комплекса Saudi Aramco в Джидде, Саудовская Аравия, в понедельник, 9 марта 2020 года - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
OPEC-in aylıq hesabatına əsasən, cari ildə qlobal xam neft tələbatı ötən illə müqayisədə 6 milyon barel (6,57 faiz) artaraq gündəlik orta hesabla 96 milyon 580 min barel təşkil edəcək

BAKI, 11 iyun — Sputnik. Cari ildə qlobal xam neft tələbatı ötən illə müqayisədə 6 milyon barel (6,57 faiz) artaraq gündəlik orta hesabla 96 milyon 580 min barel təşkil edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.

Məlumata görə, OPEC-ə üzv ölkələrin neft tələbatı isə sutkada orta hesabla 27 milyon 700 min barel olacaq.

Yumşalmalar tələbatı artırır

Bundan başqa, aylıq hesabata görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin neft tələbatının gündəlik 2 milyon 700 min barel artacağı nəzərdə tutulur. İlin birinci rübündə ABŞ və Avropada gözləniləndən daha az olan neft tələbatı OECD-yə üzv ölkələrin illik neft tələbatının aşağı istiqamətli dəyişdirilməsinə səbəb oldu. Bununla yanaşı, yeni növ koronavirus epidemiyası ilə bağlı məhdudiyyətlərin yumşaldılması, Amerika və Avropada aprel ayında dair müsbət göstəricilər, hərəkətliliyin artması və sərhədlərin açılması kimi amillər ilin birinci yarısında yaşanan mənfi inkişafları kompensasiya edərək ilin ikinci yarısında tələbatla bağlı gözləntilərin artmasına səbəb oldu. Bu səbəbdən cari ildə OECD ölkələrinin neft tələbatının gündəlik 2,7 milyon barel artacağı proqnozlaşdırılır.

Cari ildə qlobal neft tələbatındakı artımın çoxunun ABŞ-da formalaşacağı gözlənilir, lakin yenə də bölgənin neft tələbatının COVID-19-dan əvvəlki səviyyəsinə çatmayacağı nəzərdə tutulur. Əsasən Çin və Hindistan hesabına OECD üzvü olmayan ölkələrin neft tələbatının gündəlik 3 milyon 300 min barel artacağı proqnozlaşdırılır. Bu bölgələrdə sağlam bir iqtisadi canlanmanın sənayenin neft istehlakı və neft-kimya məhsullarına olan tələbatını dəstəkləyəcəyi gözlənilir.

Hasilatı çoxaldırlar

Aylıq hesabata əsasən, cari ilin may ayında qlobal neft tədarükü aprellə müqayisədə 630 min barel artaraq gündəlik orta hesabla 93 milyon 670 min barel olub. Ötən ay qeyri-OPEC ölkələrinin neft istehsalı da 240 min barel çoxalaraq sutkada orta hesabla 68 milyon 210 min barel təşkil edib.

Həmçinin may ayında OPEC-in sutkalıq xam neft istehsalı artıb. Keçən ay OPEC üzrə neft istehsalı aprellə müqayisədə 390 min barel artaraq sutkada 25 milyon 460 min barel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 0,2 faiz artaraq 27,2 faiz olub.

Ötən ay kartel üzrə neft istehsalını ən çox artıran ölkə Səudiyyə Ərəbistanı olub. Bu ölkənin gündəlik hasilatı əvvəlki aya görə 345 min barel artıb. Ay ərzində OPEC-ə üzv ölkələrdən neft istehsalı ən çox Nigeriyada azalıb. Belə ki, ölkədə sutkalıq hasilat 72 min barel geriləyib.

Mayda dünyadakı qazma qurğularının sayı aprellə müqayisədə 74 ədəd azalaraq 1370 olub. Həmin qurğuların 360-ı OPEC-ə üzv ölkələrdədir.

Eləcə də oxuyun:

  • Professor: “Neft qiymətlərinin bir qədər də artımı üçün potensial var”

  • Neft bazarında nə baş verir və qiymət artımı harayadək davam edəcək?

  • Neft qiymətlərinin artımına hansı amillər təsir edir? – ekspert açıqlayır

Xəbər lenti
0