Cari ilin üçüncü rübündən etibarən OECD ölkələrində kommersiya neft ehtiyatlarının kəsiri yaranacaq. Bu barədə OPEC+ texniki komitəsinin bu gün videoformatda keçirilən iclasında bildirilib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, istər OPEC, istərsə də Beynəlxalq Enerji Agentliyinin proqnozları ilin ikinci yarısında neftə tələbatın artacağına göstərir: “Artıq ötən ay Hindistanın koronavirusla bağlı yaşadığı təlatüm geridə qalıb. Eyni zamanda ölkələrdə vaksinasiya prosesinin sürətlənməsi və yumşalma tədbirlərinin davam etdirilməsi enerjiyə olan tələbatı artırıb. Enerjiyə olan tələbatın artması təkcə hərəkətlə əlaqəli deyil. Burada həm də klimatik amillər öz təsirini göstərir”.
İlham Şabanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz