Hindistanda koronavirusun peyvənd olunanlar üçün təhlükəli ştammı tapıldı

© REUTERS / ADNAN ABIDIСитуация в связи с эпидемиологической обстановкой в Индии
Ситуация в связи с эпидемиологической обстановкой в Индии - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
İkiqat mutasiya ilə bilinən B.1.617 ştammı ilk dəfə Hindistanın Maharaştra əyalətində müəyyən olunub. Həkimlərin fikrincə, Hindistanda ikinci koronavirus dalğasının səbəblərindən biri də məhz bu mutasiya ilə bağlıdır.

BAKI, 4 iyun — Sputnik. Hindistandakı koronavirusa qarşı peyvənd olunan şəxslərdə B.1.617 SARS-CoV-2 virusunun üç ştammı müşahidə olunub. Bu barədə ümum-Hindistan Tibb Elmləri İnstitutu və Genomika İnteqrativ Biologiya İnstitutun birgə tədqiqatının nəticəsinə dair məlumatda bildirilir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, tibb işçiləri 63 belə hal aşkarlayıblar. Onlardan 36 pasiyent peyvəndin iki, 27 nəfər isə bir dozasını vurdurmuş şəxslərdir.

O da bildirilir ki, peyvənd olunanlardan 10 nəfərinə "Covishield", 53 nəfərinə isə "Covaxin" preparatı vurulub. Xəstələrin orta yaş həddi 37-dir. Koronavirusa yoluxanların 41-i kişi, 22-si isə qadındır. Pasiyentlərin heç birində əlavə xəstəlik qeydə alınmayıb.

Qeyd edək ki, ikiqat mutasiya ilə tanınan B.1.617 ştammı ilk dəfə Hindistanın Maharaştra əyalətində müəyyən olunub. Həkimlərin fikrincə, Hindistanda ikinci koronavirus dalğasının səbəblərindən biri də məhz bu mutasiya ilə bağlıdır. Son vaxtlar virusun bu variantı bir çox başqa ölkələrdə də qeydə alınıb.

Xatırladaq ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada ikinci yerdədir. Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 28,5 milyonu keçib. Onlardan 26,5 milyondan çoxu müalicə olunaraq sağalıb. 340 mindən çox insanın həyatını isə xilas etmək mümkün olmayıb.

Eləcə də oxuyun: 

  • Koronavirusun yeni adları: Alfa, Beta, Qamma...

  •  Alimlər dünyada yeni pandemiya barədə xəbərdarlıq ediblər

  •  COVID əleyhinə vaksinin üçüncü dozası: o kimlərə vurula bilər?

  •  Baş infeksionist COVID-19-a yoluxmanın əsas səbəbini açıqladı

Xəbər lenti
0