12:14 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
SƏHİYYƏ
Qısa URL
14

Hazırda koronavirus ştammları "coğrafi" adlarla bilinir – virusun yeni versiyası hansı ölkədə geniş yayılırsa, həmin ölkənin adı ilə da adlandırılır.

BAKI, 2 iyun — Sputnik.  COVID-19-a səbəb olan koronavirus ştammları bundan sonra Yunan əlifbasının hərfləri ilə adlandırılacaq. Sputnik Azərbaycan "Euronews"-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyadan olan mütəxəssislərlə məsləhətləşmələrdən sonra qərar qəbul edib.

Hazırda koronavirus ştammları "coğrafi" adlarla bilinir – virusun yeni versiyası hansı ölkədə geniş yayılırsa, həmin ölkənin adı ilə da adlandırılır. Ancaq ÜST-də belə hesab edirlər ki, bu sistem ayrı-seçkiliyə səbəb olur və ölkələr haqqında əsassız mənfi assosiasiya yarada bilər. Elə bu səbəbdən də, SARS-CoV-2-nin "Çin mənşəli" virus adlandırılmasına son qoyulub.

Beləliklə, bundan sonra koronavirusun "Britaniya" ştammı "Alfa", Cənubi Afrika ştammı "Beta", "Braziliya" ştammı "Qamma", Hindistan ştammı isə "Delta" adlandırılacaq.

ÜST-də hesab edirlər ki, belə təsnifat aydın, fərqli, yadda qalan və asan tələffüz olunandır.

Qeyd edək ki, əslində, SARS-CoV-2 virusunun çox müxtəlif variantları və mutasiyaları var. Alfa, Beta, Qamma və Delta müxtəlif təsnif səviyyələrinə aiddir və rəsmi olaraq "narahatlıq doğuran variantlar" adlandırılır. Bu səbəbdən də, elmi məqsədlər üçün yalnız mütəxəssislərin başa düşəcəyi, eyni zamanda bir neçə sistemə malik nomenklatur təsnifatdan da istifadə olunacaq.

Xatırladaq ki, koronavirus infeksiyası 2019 ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 170,3 milyonu keçib, 3,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Eləcə də oxuyun:

Teqlər:
ad, ştamm, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular