ABŞ Fələstinə kömək edəcək

© AP Photo / Khalil HamraСитуация в Израиле, фото из архива
Ситуация в Израиле, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.05.2021
Abunə olmaq
Blinken və Abbas sülhməramlı səylərinə görə Misirə təşəkkür edib. Abbas, həmçinin Blinkenin Yaxın Şərqə hazırlanan səfərini alqışlayıb.

 

BAKI, 22 may — Sputnik. Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinken Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasa Qəzza sektoruna humanitar yardım göstərəcəklərinə dair söz verib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Dövlət katibi vurğulayıb ki, Birləşmiş Ştatlar qısa zamanda humanitar kömək təqdim etmək və Qəzzaya beynəlxalq dəstək, oranın tezliklə bərpası üçün səyləri cəlb etmək üçün Fələstin rəhbərliyi və BMT ilə işləməyə hazırdır", - deyə Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

Blinken və Abbas sülhməramlı səylərinə görə Misirə təşəkkür ediblər. Abbas, həmçinin Blinkenin Yaxın Şərqə hazırlanan səfərini alqışlayıb.

Qeyd edək ki, İsraillə Fələstin arasında 11 günlük qarşıdurmadan sonra bağlanan atəşkəs razılaşması ötən gecə yerli vaxtla saat 02:00-da başlayıb.

Xatırladaq ki, Şərqi Qüdsdə fələstinlilərlə İsrailin sərhəd polisi arasında genişmiqyaslı toqquşmalar eyni anda iki bölgədə baş verib: Məbəd dağı yaxınlığında və İsrail məhkəməsinin qərarı ilə bir neçə ərəb ailəsinin qovulduğu Şeyx Cərrah məhəlləsində.

Ümumilikdə, eskalasiyanın başlanmasından bəri Fələstin anklavından İsrail ərazisinə təxminən 3700 raket atılıb ki, onların da təxminən 540-ı anklavın öz ərazisinə düşüb.

İsrail tərəfinin verdiyi məlumata görə, qarşıdurmaların başlamasından bu yana 12 nəfər ölüb, 50-dən çox insan ağır yaralanıb. İsrailin cavab hücumu nəticəsində ölən fələstinlilərin sayı isə 217-yə çatıb. Ölənlərdən 63-ü uşaqdır.

Həmçinin oxuyun:

* Azərbaycanlı deputat İsrailə dəstəyini ifadə etdi: Unutmayacağıq

* İsrail və İranın Bakıdakı səfirləri "dalaşdılar"

* Qəzzada atəşkəs başladı: Fələstinlə İsrail razılığa gəldi

 

Xəbər lenti
0