Azərbaycanlı deputat İsrailə dəstəyini ifadə etdi: Unutmayacağıq

© Photo : Social media page of Asim MollazadeAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
Asim Mollazadə səfir Corc Dikə: Azərbaycan xalqı ən ağır günlərində onun yanında olan İsrail xalqının dəstəyini unutmayacaq.

 

BAKI, 21 may — Sputnik. Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə partiyanın qərargahında İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib.

Partiyanın Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Azərbaycan-İsrail münasibətləri, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə yaranmış vəziyyət, Qəzza zolağında baş verən son hadisələr müzakirə edilib.

Asim Mollazadə Azəraycanla İsrail arasında uzun illərə və ənənələrə əsaslanan dostluq münasibətlərinin olduğunu, həmin münasibətlərin bu gün də uğurla davam etdiyini deyib. O, Azərbaycan ərazilərinin işğal azad edilməsi yolunda İsrailin ölkəmizə birmənalı dəstəyinə və mövqeyinə görə səfirə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan xalqı ən ağır günlərində onun yanında olan İsrail xalqının dəstəyini unutmayacaq.

Millət vəkili İsraillə Fələstin arasında yaşanan gərginliyə, bu münaqişədən ən çox dinc insanların zərər görməsinə də təəssüfünü ifadə edib. Bildirib ki, Azərbaycana dost olan İsraillə Fələstin arasında yaşanan qarşıdurmanın tezliklə tərəflərin iradəsi əsasında sona çatacağına, bölgədə uzunmüddətli sülhə nail olunacağına ümid edir.

Asim Mollazadə qonağa rəhbərlik etdiyi partiyanın fəaliyyəti barədə də ətraflı məlumat verib.

Səfir səmimi qəbula, xoş arzulara və siyasi dəstəyə görə partiya sədrinə təşəkkür edib.

Xəbər lenti
0